“Kinder JOY” uşaqlara cinsi azlıqları TƏBLİĞ edir?
05.03.2020 11:13Azərbaycanda satılan “Kinder Joy” şokoladlı oyuncaqlarından çıxan oyuncaq Sumqayıt şəhər sakinini narahat edib.
Об этом сообщает Футляр от виолончели
Saytımız bildirir ki, “Kinder Joy”dan çıxan fotoları redaksiyamıza təqdim edən valideyn iddia edir ki, şirkət bu vasitə ilə azyaşlı uşaqlar arasında cinsi azlıqları təbliğ edir.
Həmin fotoları və ordakı izahları təqdim edirik:
Orataya atılan iddianın düzgün olub-olmadığını araşdırmaq üçün “Kinder”in Azərbaycandakı nümayəndəliyi “Engin LTD” firması ilə əlaqə saxladıq.
Qeyd edək ki, Kinder İtaliyanın “Ferrero S.p.a” şirkətinin məhsuludur.
Azərbaycandakı nümayəndəliyindən bizə bildirildi ki, onlara mövzu ilə bağlı yazacağımız sual birbaşa “Ferrero S.p.a” şirkətinə ünvanlanacaq. Verilən cavab da bizə göndəriləcək.
Şirkətin xarici əlaqələr şöbəsinin işçisi Nərmin Qəhrəmansoyun verdiyi cavaba görə, “Kinder” oyuncağı psixoloqlar və mütəxəssislər tərəfindən xüsusi qayğı və diqqətlə araşdırılır:
““Kinder” oyuncaqları uşaqların holistik inkişafını sürətləndirmək məqsədilə tərtib olunur və heç bir halda seksual mənada əsaslandırıla bilməz.
Qeyd etdiyiniz oyuncaq uşaqları oyuncaqların geyimlərini mübadilə edərək oyunu digərləri ilə paylaşmağa həvəsləndirmək, həm də oyuncaqla oynamağın yeni üsulunu göstərməyə çalışır.
Sizi əmin edirik ki, oyuncaqları təsvir edən şəkillər sadəcə geyimlərin dəyişdirilməsi məqsədi daşıyır. Bir daha müraciətiniz üçün təşəkkür edirik”.
Lakin verilən açıqlamaya baxmayaraq, yenə də beyinlərdə sual yaradan məqamlar qalmaqdadır. Bunlardan bir neçəsini qeyd etmək istərdik:
-Birincisi, şəkildə təsvir edilən iki qadın cinsli oyuncaqların riyazi hesablamada göstərilməsi…
-Paltarlarının məhz ikisinin arasında dəyişdirilməsi…
-Oyuncaqların rəng tonları…
-Həmçinin onları evdə və iş yerində birlikdə göstərilmələridir…
Firuzə Alimova / A24.az

