Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Kirayənişini döydülər, bıçaqla hədələyib pul apardılar

05.03.2020 11:13

Bərdədə quldurluq etmiş şəxslər tutulub.

Об этом сообщает Роспрес

A24.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 21-də Bərdə Rayon Polis Şöbəsinə vətəndaşa qarşı quldurluq edilməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn əməliyyat qrupu müvafiq müayinələr aparıb. Araşdırmalarla müəyyən edilib ki, saat 6 radələrində 4 naməlum şəxs qapını sındırmaq yolu ilə şəhər sakini Orxan Kərimovun kirayədə yaşadığı evə girərək onu döyüb, bıçaqla hədələyərək 200 manat pulunu və 2 mobil telefonunu aparıblar.

Təxirəsalınmaz tədbirlərlə quldurluğu törədənlər müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə Ağdam rayon sakini Elmidar Məmmədov, Bərdə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – Aftandil Axundov, Murad Hüseynov və Şirxan İmanov şübhəli şəxs qismində saxlanılaraq maddi sübutlarla birgə Polis Şöbəsinə gətiriliblər. Ş.İmanovun üzərinə baxış zamanı 1 ədəd bıçaq və 0,98 qram heroin aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb. İstintaq aparılır.