“Köhnə azərbaycanlı”nın yeni kitabı təqdim edildi
05.03.2020 11:14Yazıçı, rejissor, publisist Orxan Fikrətoğlunun “Alternativ kino” kitabının təqdimatı keçirildi.
A24.Az xəbər verir ki, mərasimə millət vəkili Fəzail İbrahimli, yazıçılar İlqar Fəhmi, Elxan Elatlı və digər yazarlar, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev, oxucular, müəllifin yaxınları iştirak edib.
Təqdimat mərasimində müəllfin yaradıcılığı və televiziya, kino fəaliyyəti haqqında danışılıb.
Sonda müəllif Azərbaycanda işartıları görünən sənət dalğasına dəstək göstərmək naminə planlaşdırdığı işlərdən söz açıb. Orxan Fikrətoğlu qeyd edib ki, ciddi mətnlər, kino məhsulları və teatr tamaşaları hazırlamaq üçün yeni komanda qurtmaq istəyir. Müəllif bu işlərin proqramlaşdırılmqası üçün tezliklə ART studiya açmağı planlaşdırdıqlarını və ilk olaraq Azərbaycanda yeni alternativ teatrla studiyanın işçinə start veriləcəyini açıqladı.
Об этом сообщает Футляр от виолончели
Daha sonra oxucular “Altenativ kino” və “Tək” kitablarını müəllifə imzalatdı.

