Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Krantlardan çəhrayı su axdı- SƏBƏB

05.03.2020 11:15

Kanadada qəsəbələrin birində su krantlarından çəhrayı su gəlib.

Об этом сообщает Роспрес

A24.Az  xarici KİV-lərə istinadən xəbər verir ki, Kanadanın  Albert əyalətində qəsəbə camaatı  krantlardan çəhrayı rəngdə su gəldiyinə görə, bələdiyyəyə şikayət edib.

Bələdiyyə açıqlama verərək çəhrayı suyun su təmizləmə prosesində istifadə olunan kalium permanqanatın əks təsirindən yarandığını qeyd edib.

Kalium permanqanatın sudakı dəmir və hidrogen sulfidi təmizləmək üçün istifadə edildiyini söyləyən mütəxəssislər texniki qüsura görə, kimyəvi birləşmənin su anbarına axdığını bildirib.