Krediti olanlar, “Dəmirbank” bağlandı, sıradakılar hansılardır?
05.03.2020 11:15Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən “DəmirBank” ASC-nin lisenziyası 23 dekabr 2017-ci ildən etibarən ləğv edilir.
Об этом сообщает Руспрес
Bu, oxşar problemi olan digər bankları da əhatə edəcəyi bildirilir. İqtisadçı Samir Əliyev hesab edir ki, siyahı davam edəcək və bir sıra banklar da eyni aqibəti yaşayacaqlar.
Digər bir ekspert Vüqar Bayramov isə hesab edir ki, xeyli müddətdir ki, sözügedən bank hətta kiçik məbləğli əmanətləri belə geri qaytara bilmirdi:
“Əslində palatanın bu qərarı bank sektorunda iki mühüm problemi üzə çıxarır. Birincisi, bankların konseldasiyasına nail olmaq mümkün deyil və palata daha asan yolu seçir: “axsayan bankları” müflis elan edir. İkincisi, müflis olan bankların sayı artdıqca qorunmayan əmanətlərin qaytarılması şansları azalır. Belə ki, Əmanətlərin Sığortlanması Fondu qorunan əmanətlərin ödənilməsinə məsuldur. Amma müflis olan banklar qorunmayan əmanətlərdən də istifadə edərək gəlir əldə ediblər. Deməli, həmin əmanətlərin də qaytarılması mexanizmi işlənməli və ən əsası bankların öhdəlikləri ilə aktivlərinin korrelasiyası müəyyənləşdirilməlidir. Bütövlükdə isə, son addım bir daha göstərir ki, bank sektorunda ciddi islahatlara və eləcə də sağlamlaşdırma tədbirlərinə ehtiyac var”.

