Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Külək Binəqədinin üzlüklərini sökdü

05.03.2020 11:15

Ötən il  Binəqədi Rayon İcra Hakimiyyəti  rayonun bəzi yerlərində təmir bərpa işlərinə başladı. Yolların kənarında ağaclar əkildi, işıqlar quraşdırıldı, bina üzlükləri yenidən rəngləndi.  Bir sözlə Binəqədinin yollarından fərqli olaraq,xarici görünüşü göz oxşayırdı. Binəqədinin bir çox yerlərinə yeni zibil qutular gətirildi, gecələr isə yeni zibil daşıyan avtomobillər işə cəlb olundu. Lakin keçən ilin qış aylarında rayonun gözəlləşdirilməsi üçün tikilən yeni divarlar güclü küləyə tab gətirməyərək aşmışdı. Düzdü, divarın aşmasından sonra İcra Hakimiyyətinin işçiləri onu bərpa etsə də,  sakinlər il ərzində belə hadisələrlə yenidən rastlaşdı. Ötən gün Binəqədi Rayonu Mədən-2-də yolla gedən əməkdaşımızın başına xoşagəlməz hadisə gəlib. Belə ki, əməkdaşımız yolla gedərkən divarın üstündə taxtadan olan üzlük az-qala onun başına düşəcəkdi. Taxta üzlüyün altında qalmamaq üçün olduğu yeri dərhal tərk edən əməkdaşımız heç bir zədə almasa da, həmin an əməkdaşımızın yerində həyətdə oynayan bir uşaq da ola bilərdi. Təbii ki, o bu hadisənin nəticəsində yaralanıb, əzilə bilərdi. Aşağıda gördüyünüz fotoda da divar sona qədər rənglənməyərək, üzlüyün altında gizlədilib. Rayonun bəzi yerlərində əkilən ağaclar da həmişəyaşıl olmasına baxmayaraq, artıq quruyub. Bundan əlavə yolun işıqlandırılması üçün quraşdırılan işıqlar da   ya öz-özünə sökülüb, yada kimsə tərəfindən çıxarılıb.

Об этом сообщает Руспрес

Saytımız sözügedən üzlüklərin görüntülərini təqdim edir.

Rəvan Nasiroğlu