Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Küləyin 7-ci mərtəbədən atdığı qızın rəfiqəsi dözmədi, özünü asdı – BAKIDA DƏHŞƏTLİ İNTİHAR

05.03.2020 11:15

Bakıda daha bir intihar hadisəsi baş verib.

Об этом сообщает Руспрес

Hadisə Suraxanı rayonu Hövsan qəsəbəsi Elman Qasımov kücəsi ev 21 B-də qeydə alınıb.

A24.az ın verdiyi məlumata görə, 11-ci sinif şagirdi, 1999-cu il təvəllüdlü Nərmin Aslanova ötən gecə özünü mətbəxdə quraşdırılmış turnikdən asıb.

Qızın ölüm səbəbi məlum olub. Məlumata görə, Nərmin 10 gün əvvəl rəfiqəsinin ani ölümündən sarsılıb. Belə ki, təxminən 10 gün əvvəl Hövsan qəsəbəsində əlillər üçün tikilmiş binada güclü külək nəticəsində eyvandan yıxılaraq ölən Natəvan Xankişi qızı Quliyeva Nərmin Aslanovanın rəfiqəsi olub. E. Qasımov küçəsi ev 14, mənzil 75 ünvanında yaşayan 2000-ci il təvəllüdlü Natəvan rəfiqəsi Nərmin ilə danışmaq üçün eyvana çıxıb. Saçları uzun olduğundan külək onu havaya sovurub və qəfildən qızı eyvandan çölə atıb. N. Quliyeva məhəccərdən tutub və evdəkiləri yardıma çağırıb. Balaca qardaşı onun köməyinə çatsa da, bacısını xilas edə bilməyib. Qız binanın 7-ci mərtəbəsinin eyvanından düşüb.

Natəvan Quliyevanın ölüm anında telefonla danışdığı rəfiqəsi məhz ötən gecə özünə qəsd edən Nərmin Aslanova olub. Nərmin Aslanova günlərdir ki, rəfiqəsinin ölümündə özünü günahkar bilib. Elə bu səbəbdən də canına qıydığı bildirilir.