Kurikulum sahəsində nə normal dərslik, nə də bunu bilən müəllim var – Təhsil eksperti
05.03.2020 11:15Azərbaycan Təhsil sitemində 2003-cü ildən başlayaraq kurikulumun tətbiqinə başlanılıb. Bu illər ərzində tətbiq edilən kurikulumdan həm müəllimlər, həm də valideynlər narazılığını bildirir. Kurikulum əslində uşaqların intellektinin inkişafına, gələcək üçün bacarıqlı şəxsiyyət kimi yetişdirilməsinə xidmət edir. Amma Azərbaycan təhsil sistemində tətbiq edilən kurikulum tamam fərqlidir.
Об этом сообщает Роспрес
A24.Az-a açıqlama verən təhsil sahəsi ekspert Kamran Əsədovun fikrincə, 2003-2008-ci illərdə tətbiq edilən kurikulum Qazaxıstandan nöqtə, vergülünə kimi kopyalanıbdır. “Azərbaycanda baloniya təhsil sistemində olduğu kimi kurikulum da özümüzün bildiyi kimi tətbiq edildi. Qazaxıstan kurikuluma 30 ildir keçə bilmir. Amma biz həmən keçdik. Bunun təhlilin aparmaq lazımdır. Biz təhsildə nə istədiyimizi bilmirik. Baloniya təhsil sisteminə keçdik, nə dəyişdi? 1-ci müəllim dəyişilməlidir. 2008-ci ildən kurikulum tətbiq edildi. Kurikulum sahəsində nə normal dərslik, nə də bunu bilən müəllim var. Kurikulumu Avropada 6 ilə öyrənirlər. Biz 1 həftəyə öyrədirik. Üstəlik də kurikulumu bildiyi haqda sertifikat da veririk. Kurikulumda 36 metod var, 151 min müəllimin 95 faizi kurikulumu başa düşməyib. 5 faizi də başa düşəndə deyirlər ki, dəlidir”.
Əslində kurikulum belə olamlı idi
Təhsil eksperti qeyd etdi ki, kurikulum həyat üçün lazım olan biliklərə sahib olmağı öyrədən bir tətbiqdir. “Bizim ümumtəhsil məktəbləri ali məktəbə xüsusi biliyə malik olan tələbə hazırlayır. Məktəblərdə illərlə biologiyanı əzbər bilirik, amma iynə vurmağı öyrədiblərmi? 11 il simvolik dərs keçirlər. Kurikulum deyir ki, şəxsiyyətyönümlü, həyat üçün bilik və bacarıqlara yiyələnən uşaq yetişdirmək lazımdır. Biz 700 baldan yapışmışıq. Ali məktəblərə qəbul qaydaları dəyişdirilməlidir. Universitetə, texnikuma qəbul olmadı, buraxılış imtahanında yüksək bal toplamadı, bütün bunlar gələcək nəsli stress, zərbə altında qoyur. Bu gün intiharların səbəbi doğru olmayan yanaşma tərzidir. 2013-cü ildə təhsilin inkişafı üzrə dövlət strategiyası tətbiq olunub ki, təhsil əlçatan olmalıdır. Biz imtahan – imtahan oyunu ilə ona mane oluruq. Martın 5-i imtahan mərkəzi kurikulumla bağlı buraxılış imtahanı keçirib, üzərindən 75 gün keçib, cavabı yoxdu. 2 fənndən kurikulumun nəticəsini yoxlayıb bitirə bilmirik, bəs ali məktəbə qəbulu necə yoxlayacağıq?”
Niyə təhsil sahəsində irəliyə gedə bilmirik?
Kamran Əsədov Azərbaycan təhsil siteminin hələ də Sovet dönəmindən ayıla bilmədiyini vurğuladı. “Dünya dəyişir, hələ də biz keçmişdə qalmışıq. 2008-ci ildə qəbul etdiyimiz qanunu biz tətbiq edirik. Axı hər saniyə dünya irəliləyir, təhsilə baxış dəyişir. Bir islahatı həyata keçirilməzdən öncə təhlil edilməli, müzakirələr aparılmalıdır. Pilləkənləri pillə-pillə qalxmaq lazımdır. Biz kurikulumu başa çatdırmamış təmayülləşmə islahatına start veririk. Səmərəsi olmayan layihələrə milyonlarla pullar ayrılır. 2003-2008-ci ildə kurikulumun işlənməsi üçün 20 milyon manata yaxın vəsait ayrılıb. Həmin pulla müəllimin maaşını artırılsaydı, daha yaxşı nəticə əldə edilə bilərdi”.
Vüsalə Əlövsətqızı

