Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Las-Veqas terrorçusu barədə ŞOK HƏQİQƏT

05.03.2020 11:16

ABŞ-ın Las-Veqas şəhərində konsert zamanı insanları güllələyən Stiven Peddok avtomatik rejimdə atəşin həyata keçirilməsi üçün xüsusi qurğulara malik idi.
A24.Az xəbər verir ki, bu haqda araşdırmaya yaxın mənbələrə istinadən “Assoşieyted Press” agentliyi bildirib.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Peddokda silahın konstruksiyasına dəyişikliklər etmədən avtomatik atəş açmağa imkan verən iki xüsusi qundaq aşkar edilib.
Xatırladaq ki, ABŞ-ın Las-Veqas şəhərində oktyabrın 2-də “Mandalay Bay Hotel” mehmanxana kompleksinin qarşısında təşkil edilən musiqi festivalına silahlı hücum olub. Hadisə nəticəsində 59 insan ölüb, 500-dən çoxu yaralanıb. Bu, qurbanların sayına görə ABŞ-da ən qanlı hücum hesab olunur.
Nevada ştatının Meskit şəhərində yaşayan Stiven Peddokun otel otağından 23 ədəd, evindən isə 19 ədəd odlu silah, çoxsaylı patron və partlayıcı maddələr aşkarlanıb.

Об этом сообщает Роспрес