Ləğv edilən şirkət şikayətçiləri bezdirib – Pullarını ala bilmirlər – HESABAT
05.03.2020 11:16Şirkət bağlansa da, gündəmdən düşmür…
Об этом сообщает Руспрес
Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin oktyabr ayı üzrə analiz işini yekunlaşdırıb.
A24.az-ın məlumatına görə, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Media Təqib Mərkəzi sığorta şirkətləri ilə oktyabr ayı üzrə məlumatları təqdim edir.
2017-ci ilin oktyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda sığorta şirkətləri ilə əlaqəli 1104 xəbər yerləşdirilib. Bunlardan 1017-si neytral, 2-si müsbət, 85-i isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Başak-İnam Sığorta Şirkəti (52 xəbər – sığorta şirkətinin lisenziyası ləğv olunub), Atəşgah Sığorta (30 xəbər – sığorta şirkəti sürücünü süründürür) və Dövlət Sığorta Kommersiya Şirkətinə (3 xəbər – sürücü sığorta şirkətindən narazıdır) məxsusdur. Müsbət xəbərlər isə AXA MBASK Sığortaya (3 xəbər – Dünyanın 1 №-li sığorta brendi seçilib-Azərbaycanda da təmsil olunur) aiddir.
Xəbər sayına görə sıralama:
| 1 | Atəşgah Sığorta | 134 xəbər |
| 2 | Paşa Sığorta | 91 xəbər |
| 3 | Başak-İnam Sığorta Şirkəti | 89 xəbər |
| 4 | AzSığorta | 80 xəbər |
| 5 | ATA Sığorta | 73 xəbər |
| 6 | AXA MBASK Sığorta | 65 xəbər |
| 7 | Atəşgah Həyat Sığorta | 62 xəbər |
| 8 | Standard İnsurance (Sığorta) | 57 xəbər |
| 9 | Paşa Həyat Sığorta | 44 xəbər |
| 10 | Dövlət Sığorta Kommersiya Şirkəti | 43 xəbər |
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 38 xəbər dərc edilib. Bunlardan 5-i mənfi, 33-ü isə neytral xəbərlərdir. Mənfi xəbərlər Başak-İnam Sığorta Şirkəti (4 xəbər – sığorta şirkətinin lisenziyası ləğv olunub) və Atəşgah Sığortaya (1 xəbər – sığorta şirkətinə itttiham) məxsusdur. Oktyabr ayında yazılı mətbuatda bu sektorla əlaqəli müsbət xəbər dərc olunmayıb.
Xəbər sayına görə sıralama:
| 1 | Standard İnsurance | 6 xəbər |
| 2 | Atəşgah Sığorta | 4 xəbər |
| 3 | İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi | 4 xəbər |
| 4 | Başak-İnam Sığorta Şirkəti | 4 xəbər |
| 5 | Xalq Sığorta | 2 xəbər |
| 6 | Bakı Sığorta | 2 xəbər |
| 7 | AXA MBASK Sığorta | 2 xəbər |
| 8 | Paşa Həyat Sığorta | 2 xəbər |
| 9 | Paşa Sığorta | 2 xəbər |
| 10 | ATA Sığorta | 2 xəbər |
Oktyabr ayında televiziya kanallarında sığorta şirkətləri haqqında 4 xəbər göstərilib. Bu xəbərlər isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (3 xəbər) və Başak-İnam Sığorta Şirkətinə (1 xəbər) məxsusdur.

