“Leicester City” Mahrezə görə 55 milyon avro tələb edir
05.03.2020 11:16“Leicester City” komandanın liderlərindən olan Riyad Mahrezə qiymət qoyub. A24.az Goal.az-a istinadən xəbər verir ki, “tülkülər” əlcəzairli yarımmüdafiəçi ilə maraqlanan “Roma”dan 55 milyon avro tələb edir. Paytaxt klubu isə 30 milyon funt ödəməyə hazırdır. Onlar danışıqlarla ortaq məxrəcə gələcəklərinə ümid edirlər. “Roma” Məhəmməd Salahın gedişindən sonra heyətdə yaranan boşluğu Mahrezin sayəsində doldurmaq istəyir. Mahrez ötən mövsüm 36 Premyer Liqa oyununda meydana çıxıb və 6 dəfə rəqib qapılarına yol tapıb.
Об этом сообщает Футляр от виолончели

