Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Lənkaran çayı Avropaya çıxır? – ÖZƏL

05.03.2020 11:16

Lənkaranda istehsal olunan kənd təsərrüfatı məhsulların Azərbaycan və Rusiya bazarları ilə yanaşı, Avropa Birliyinə çıxarılması üçün geniş potensialı vardır. Bunu Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Lənkaranda Avropa Birliyinin yaraanmasının 60 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə bildirib.

Об этом сообщает Футляр от виолончели

“Gələn il Lənkaranda kənd təsərrüfatı layihəsinə başlayacağıq. Avropa İttifaqı olaraq istəyirik Azərbaycanla əməkdaşlığımızı mümkün qədər genişləndirək. Avropa İttifaqı ilə Azərbaycan arasında geniş və müfəssəl saziş imzalanacaq.Bu sazişdən hər iki tərəf bir çox məsələləri gözləyir çünki 1999-cu ildə Avropa İttifaqı və Azərbaycan arasında imzalanmış tərəfdaşlıq və əməkdaşlıq sazişindən daha geniş olacaq.Bu saziş çərçivəsində həmçinin Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olan insanlara Avropalı mütəxəsislər tərəfindən təlimlərin keçirilməsi, Azərbaycan məhsullarının Avropa bazarlarınına çıxarılması istiqamətində kənd təsərrüfatında standartların yüksəlməsinə dəstəyin göstərməsi daxildir. Lənkaranda istehsal olunan kənd təsərrüfatı məhsulların Azərbaycan və Rusiya bazarları ilə yanaşı,Avropa Birliyinə çıxarılması üçün geniş potensialı vardır.”- deyə Malena Mard bildirib.