Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Lənkəran-Lerik yolunda torpaqda sürüşmə gedir

05.03.2020 11:16

Yağıntılı hava şəraiti Lənkəran-Lerik yolundakı sürüşmə sahəsində yenidən aktivlik yaradıb.

Об этом сообщает Руспрес

Saytımız bildirir ki, APA-nın cənub bürosunun verdiyi məlumata görə, hazırda sözügedən yolun 17, 18, 20, 22, 23, 27, 33 ,41, 45-ci kilometrliklərində yolun hər iki tərəfindəki torpaq qatında mütəmadi sürüşmə gedir və yola qaya parçaları, daş, böyük həcmdə gil və torpaq qatı tökülür.

Ən gərgin vəziyyət isə yolun 23 və 46-cı kilometrliklərində yaranıb. Bu ərazidə torpaq qatı böyük kütlə şəklində sürüşərək yolun hərəkət hissəsində nəqliyyatın hərəkəti üçün maneələr yaradır. Yolda hərəkətin intensivliyini təmin etmək məqsədilə 43 saylı Yol istismar idarəsinin qüvvəsi gücləndirilmiş iş rejimində çalışır. Yolda mütəmadi təmizləmə işləri həyata keçirilir. Hazırda rayonda yağıntılı hava şəraiti müşahidə olunur.