Lənkəran Mərkəzi Xəstəxanasının şöbə müdiri şəkər ölçən cihazları xəstələrə satır
05.03.2020 11:16Lənkəran rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri Zahir Axundov poliklinikada şəkərli diabet diaqnozu ilə qeydiyyatdan keçən vətəndaşlara şəkər ölçən cihazı pulla satır.
Об этом сообщает Футляр от виолончели
A24.Az fraqment.az-a istinadla xəbər verir ki, vətəndaş şöbə müdirindən haqqını tələb etdikdə xəstənin vəzifəli bir qohumunun olub-olmadığını soruşublar. Vətəndaşın sözlərinə görə, şöbə müdiri “get, kimə istəyirsən şikayət et” deyərək, onların istəyini nəzərə almayıb.
Qeyd edək ki, şəkər ölçən cihazlar “şəkərli diabet diaqnozu” ilə qeydiyyata alınan xəstələrə pulsuz verilməlidir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

