Lənkəranda BMW qarajın içində yandı
05.03.2020 11:16Lənkəranda yanğın qeydə alınıb.
Об этом сообщает Футляр от виолончели
Saytımız Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Lənkaran rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan dəmir konstruksiyadan ibarət qarajın dam örtüyü 8 m2 sahədə və içərisində “BMW” markalı minik avtomobilinin mühərriki və idarəetmə lövhəsi yanıb.
Qarajın və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 23:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

