Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Livanın baş naziri istefa səbəblərini açıqladı – Sui-qəsd

05.03.2020 11:17

Bu gün vəzifəsindən istefa verən Livanın baş naziri Saad Həriri bu addımının səbəbini açıqlayıb.

Об этом сообщает Роспрес

A24.az xəbər verir ki, Həriri bəyan edib ki, ona qarşı sui-qəsd hazırlanıb. O, İranı ərəb dövlətlərini dağıtmaq cəhdində günahlandırıb.

Saad Həriri hazırda ölkədəki vəziyyətin atasının sui-qəsdə uğradığı dövrün ab-havası ilə oxşar olduğunu deyib: “Biz Rafik Həririnin öldürüldüyü günlərin atmosferində yaşayırıq. Hiss edirəm ki, həyatıma sui-qəsd üçün gizli bir şey hazırlanır”.

Qeyd edək ki, Saad Həririnin atası Rafik Həriri Livanın baş naziri olub və 2005-ci ildə sui-qəsd nəticəsində öldürülüb.