Lotoreya oyununda milyonçu olan qız sevgilisi yoxdur deyə şirkəti məhkəməyə verir – VİDEO
05.03.2020 11:17Hər kəs bu qızın adını 5 il bundan əvvəl eşitmişdi. Ceyn Park adlı gənc qız İngiltərənin ən gənc cekpot qalibi olaraq yaddaşlarda qalmışdı. Həmin vaxtlarda 17 yaşında olan Park 1 milyon sterlinq qazanmaqla bütün həyatını dəyişmiş oldu.
Об этом сообщает Руспрес
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, Ceyn Park son zamanlar yenə də medianın gündəmindən düşmür. Gənc qız lotoreya oyununu təşkil edən şirkətə qarşı iddia qaldırmağa hazırlaşır. Səbəbi isə bu qədər çox pulun ona verilməsidir.
Belə ki, gənc qız milyonçu olduqdan sonra həyatının çox çətinləşdiyini deyib. Şikayətləri arasında pulunun arxasınca qaçmayacaq bir sevgilisinin olmaması onun ən böyük problemlərindən biridir. Ceyn Park “milyonçu olmağın stresi altında əzilirəm” ifadəsini işlədib və həyatını məhv etdiyi üçün həmin lotoreya şirkətinə qarşı iddia irəli sürməyə hazırlaşır. Şirkəti bədbəxtliyində günahlandıran Park o yaşda olan bir qız yeniyetməyə bu qədər yüksək miqdarda pulun verilməməli olduğunu bildirib. Bu gün 21 yaşı olan gənc qız qazandığı pulun həyatını 10 qat daha pis vəziyyətə qoyduğunu iddia edir.
Saytımız Türkiyə mediasında yayımlanan videoxəbəri təqdim edir:

