Maliyyə naziri: Beynəlxalq Bankı özəlləşdirməyə hazırlamaq olar
05.03.2020 11:18Maliyyə Nazirliyi Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi strategiyasını hazırlamağı planlaşdırır.
Об этом сообщает Руспрес
Virtualaz.org-un məlumatına görə, bunu jurnalistlərə maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyası aparılır. Restrukturizasiya prosesi başa çatdıqdan sonra bankın özəlləşdirilməsi məsələsi gündəliyə çıxarılacaq.
S.Şərifov bildirib ki, özəlləşdirilmə prosesinə təcrübəli və beynəlxalq arenada nüfuzu olan məsləhətçilər cəlb ediləcək: “Bankın özəlləşdirilmə strategiyası formalaşandan sonra həmin strategiya hökumət tərəfindən qəbul edildiyi təqdirdə özəlləşməyə açıq elan olunacaq. 2018-ci ilin əvvəlində biz bu proseslərə başlaya bilərik”.

