Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Masallıda kamerada tanınmasınlar deyə maska taxıb oğurluq etdilər

05.03.2020 11:19

Masallıda ərzaq mağazasından oğurluq edilib.

Об этом сообщает Роспрес

Saytımız bildirir ki, APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qızılavar kəndində qeydə alınıb.

Axşam saatlarında kənd sakini Nadir Qafarova  məxsus ərzaq mağazasına üzü maskalı şəxslər qapını sındırmaqla daxil olub, 500 manat nağd pul, siqaretlər və içkilər oğurlayıblar. Ümumilikdə N. Qafarova 2000 manatdan artıq ziyan vurublar. Mağazada təhlükəsizlik kamerası olsa da, oğrular maska taxdıqları üçün hələlik onların şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 / 4