Medianın üzərinə getdiyi nazir – Qanunsuzluqları haqda hesabat hazırlandı – milyonlar hara xərclənib?
05.03.2020 11:21Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin yanvar ayı üzrə analiz işini yekunlaşdırıb.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Media Təqib Mərkəzi nazirliklərlə bağlı yanvar ayı üzrə məlumatları təqdim edir.
2017-ci ilin yanvar ayında elektron mətbuatda, yəni sayt və portallarda nazirliklər ilə əlaqəli 52259 xəbər yerləşdirilib. Bunlardan 50889-u neytral, 81-i mənfi, 1289-u isə müsbət xəbərdir.
Mənfi xəbərlər arasında “liderlər”: Mədəniyyət və Turizm Nazirliyi (61 xəbər – Qarayevin qanunsuzluqları haqda hesabat hazırlandı – milyonlar hara xərclənib?), Gənclər və İdman Nazirliyi (20 xəbər – nazir oğlunun tender krallığı bitir, nazirlikdə şöbələr ləğv olunur).
Müsbət xəbərlər arasında lider: Daxili İşlər Nazirliyi (1037 xəbər – qanunsuzluqlar aşkar edilib), Kənd Təsərrüfatı Nazirliyi (81 xəbər – mənşəyi məlum olmayan heyvan cəmdəkləri aşkar edilib), Fövqəladə Hallar Nazirliyi (77 xəbər – Bakıda quyuya düşən şəxs çıxarıldı).
Xəbər sayına görə sıralama:
| 1 | Daxili İşlər Nazirliyi | 8060 xəbər |
| 2 | Müdafiə Nazirliyi | 6914 xəbər |
| 3 | Ekologiya və Təbii Sərvətlər Nazirliyi | 5054 xəbər |
| 4 | Fövqəladə Hallar Nazirliyi | 4074 xəbər |
| 5 | Təhsil Nazirliyi | 3994 xəbər |
| 6 | Səhiyyə Nazirliyi | 3172 xəbər |
| 7 | Ədliyyə Nazirliyi | 2954 xəbər |
| 8 | Milli Təhlükəsizlik Nazirliyi | 2933 xəbər |
| 9 | Vergilər Nazirliyi | 2529 xəbər |
| 10 | İqtisadiyyat Nazirliyi | 2463 xəbər |
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 5106 xəbər dərc edilib. Bunlardan 5060-ı neytral, 7-si mənfi, 39-u isə müsbət xəbərdir. Mənfi xəbərlərin hamısı Mədəniyyət və Turizm Nazirliyinə (nazirlikdə də maxinasiyalar aşkarlandı) məxsusdur.
Müsbət xəbərlər arasında liderlər: Daxili İşlər Nazirliyi (33 xəbər – qanunsuzluqlar aşkar edilib), Kənd Təsərrüfatı Nazirliyi (5 xəbər – Bakıda qanunsuz fəaliyyət göstərən ət sexi aşkarlanıb), Ədliyyə Nazirliyi (1 xəbər – altı nəfər vəzifəli şəxs rüşvət üstə tutulub).
Xəbər sayına görə sıralama:
| 1 | Daxili İşlər Nazirliy | 600 xəbər |
| 2 | Müdafiə Nazirliyi | 502 xəbər |
| 3 | Təhsil Nazirliyi | 471 xəbər |
| 4 | Səhiyyə Nazirliyi | 373 xəbər |
| 5 | İqtisadiyyat Nazirliyi | 367 xəbər |
| 6 | Mədəniyyət və Turizm Nazirliyi | 348 xəbər |
| 7 | Vergilər Nazirliyi | 305 xəbər |
| 8 | Xarici İşlər Nazirliyi | 293 xəbər |
| 9 | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | 298 xəbər |
| 10 | Ədliyyə Nazirliyi | 268 xəbər |
Yanvar ayında televiziya kanallarında nazirliklər haqqında 1159 xəbər göstərilib.
Xəbər sayına görə sıralama:
| 1 | Vergilər Nazirliyi | 165 xəbər |
| 2 | Təhsil Nazirliyi | 116 xəbər |
| 3 | Mədəniyyət və Turizm Nazirliyi | 110 xəbər |
| 4 | Kənd Təsərrüfatı Nazirliyi | 99 xəbər |
| 5 | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | 97 xəbər |
| 6 | Xarici İşlər Nazirliyi | 92 xəbər |
| 7 | İqtisadiyyat Nazirliyi | 91 xəbər |
| 8 | Gənclər və İdman Nazirliyi | 85 xəbər |
| 9 | Müdafiə Nazirliyi | 76 xəbər |
| 10 | Fövqəladə Hallar Nazirliyi | 58 xəbər |

