Meduza kolonyaları Avstraliya sahillərinə hücum etdi
05.03.2020 11:21Keçən həftə sonu Avstraliya sahillərinə sörfinqlə məşğul olmaq üçün gedən iki gəncin arzusu baş tutmayıb. Dəniz analarının axın etməsi səbəbindən dənizin ortasında çıxılmaz vəziyyətdə qalan gənclər geri qayıtmaq məcburiyyətində qalıb.
Об этом сообщает Руспрес
A24.Az-ın Fransa mətbuatına verdiyi məlumata görə, gənclər sörfinqlə məşğul olmaq üçün yola düşüblər. Lakin dənizin ortasına çatanda gördükləri qarşısında aciz qalıblar. Hər tərəfəd qırmızı dəniz analarının olduğunu deyən gənc, “Onlar hər tərəfəd idi. Dənizin hər yerinə yayılmışdılar. Biz geri dönməyə məcbur olduq. Daha sonra onları lentə ala bilmək üçün qayıqla dənizə qayıtdıq”.- deyə bildirib.
Həmən gənclərin görüntülədiyi kadrlar isə böyük marağa səbəb olub.
Qeyd edək ki, Avstralya sahilləri son illər meduzaların basqınına tez-tez məruz qalır.
Bundan öncə də, fevral ayının əvvəllərində Şərqi Avstraliyada yerləşən Brisbane yaxınlığındakı bu çimərliyə meduza koloniyalarının axını baş verib.

