Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Məktəblərdə elə təcavüz faktları var ki…

05.03.2020 11:22

Tez-tez hansısa məktəb direktorunun öz işçisinə, yəni məktəbdə çalışan qadın müəllimə hansısa formada təcavüzü haqqında xəbərlər eşidirik. Baş verən bu xoşagəlməz hadisələrlə bağlı aidiyyati qurumlar tərəfindən müəyyən ölçü götürülsə də, cəzalar tətbiq edilsə də, növbəti hadisə baş verəndə tətbiq edilən cəzaların kifayət olmadığı anlaşılır.
Maraqlıdır, təhsil-təlim-tərbiyə ocağı olan məktəblərdə belə halların qarşısının alınması üçün hansı qurumlar nə kimi tədbirlər görməlidir?

Об этом сообщает Роспрес

A24.az məsələ ilə bağlı təhsil eksperti Nadir İsrafilovun fikirlərini öyrənib.

N.İsrafilov əvvəlcə “Müəllimlərin etik davranış Qaydaları”nın təsdiq edildiyini xatırladıb:

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin 6 noyabr 2014-cü il tarixli qərarı ilə “Müəllimlərin etik davranış Qaydaları”nın təsdiq edilib ki, bu etik Qaydalar da təhsilin bütün səviyyələrində peşə fəaliyyəti zamanı təhsilverənlərin ümumi davranışını və təhsil prosesi iştirakçıları ilə qarşılıqlı münasibətlərini tənzimləyən normalar məcmusundan ibarətdir. Bu Qaydaların tətbiqində əsas məqsəd təhsil müəssisələrində sağlam işgüzar durumun bərqərar olmasına, vətəndaşların təhsil müəssisəsinə və müəllimə etimadının artırılmasına, təhsil müəssisələrinin idarə olunmasında valideynlərin və cəmiyyətin daha yaxından iştirakının təmin edilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və müəllim nüfuzunun yüksəldilməsinə nail olmaqdan ibarətdir. Ümumiyyətlə hər bir təhsil işçisi, xüsusilə də rəhbər işçi milli-mənəvi dəyərlərin, mədəni irsin qoruyucusu missiyasını daşımaqla bərabər cəmiyyətin fəal üzvü kimi digərlərinə də örnək olmalıdır”.

Ekspert deyib ki, bu məsələlərdə ilk reaksiya məhz Təhsil Nazirliyindən gəlməlidir:

“Müəllimin şagirdi döyməsi, müəlimin, hətta rəhbər təhsil işçisin tabeliyində olanlara qarşı əxlaqsız və zorakı hərəkətləri və digər bu kimi məsələlər zaman-zaman gündəmə gəlir, müzakirələrə səbəb olur. Təəsüf ki, belə neqativ hallar azalmaq əvəzinə, hələ də baş verməkdə davam etməkdədir və təbii ki, cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmır. Bu, hələ mətbuata sızan faktlardır. Elə faktlar da var ki, ört-basdır edilir, başqa sözlə zorakılığa qarşı cəzasızlıq sindromunun hökm sürməsinə süni surətdə şərait yaradılır. Belə faktlar dərhal araşdırılmalı, baş verənlərə obyektiv qiymət verilməlidir. Əlbəttə, məsələyə ilk münasibət məhz Təhsil Nazirliyi tərəfindən bildirilməlidir ki, bu proseslər mətbuatda başqa formada işıqlandırılmasın, başqa yönə istiqamətlənməsin. Çünki, çox halda məsələ böyüyür, şişirdilərək digər məcraya yönəldilir və sonradan məlum olur ki, əslində fakt tam fərqli aspektdən qaynaqlanıb.

Düzdür, bəzən haqlı və haqsız olmasından asılı olmayaraq belə bir iradların şahidi oluruq ki, təhsil müəssisələrində baş vermiş hər hansı bir hadisə barədə ilk olaraq sosial şəbəkələrdən məlumat alırıq, amma baxırsan ki, nə təkzib gəldi, nə təsdiq. Bu kimi halların baş verməsini və davam etməsini təhsil sahəsində cəzasızlıq sindromunun hökm sürməsi ilə əlaqələndirənlər və əsaslandıranlar də var. Lakin o da nəzərə alınmalıdır ki, elə məqamlar var ki, bunları tam dəqiqliyi ilə araşdırdırmadan, onlara inzibati və ya hüquqi qiymət verilmədən hər hansı bir açıqlama, bəyanat verilməsi və ya konkret qərar qəbul edilməsi son nəticə olaraq kobud yanlışlıqlara gətirib çıxarır ki, bunun da dəfələrlə şahidi olmuşuq. Bu mənada bu kimi məsələlərə yanaşmada Təhsil Nazirliyinin mövqeyi başa düşüləndir”.

Belə neqativ halların mətbuatda işıqlandırılmasını doğru hal hesab etməyən təhsil mütəxəssisi onu da vurğulayıb ki, Təhsil Nazirliyi bu məsələlərdə cəzaları sərtləşdirməlidir:

“Bir də ki, bilavasitə təhsil müəssisələrində baş verən proseslərin, məktəbə, müəllimə, ümumiyyətlə təhsil işçisinə göstərilən münasibətin məzmunca dəyişməsinin bir çox obyektiv və subyektiv səbəbləri var. Etiraf edək ki, ən müqəddəs hesab etdiyimiz və dəyər verdiyimiz peşə sahibi olan müəllim o qədər də uzaq olmayan keçmişimizlə müqayisədə əvvəlki qədər mövqe və nüfuz sahibi deyil. Bu məsələyə sırf pedaqoji aspektdən yanaşmaq, bunu cəmiyyətdə təkcə təhsilin mövcud durumu ilə əlaqələndirmək də düzgün olmazdı. Bu faktorun zəifləməsi daha çox sosial xarakterli məsələdir. Dəyərlər dəyişib, düşüncə və yanaşma tərzimiz başqalaşıb, tələb və təklif prinsipləri yeniləşib. Əgər rüşvət, saxtakarlıq, zorlama və digər xarakterik hallar cəmiyyətin hansısa bir zümrəsi tərəfindən sıradan adi-hal, hətta norma kimi qəbul edilirsə, belə hallara müəllim və ya digər təhsili təmsil edən şəxs tərəfindən yol verildikdə, bu təbii ki, ictimaiyyət tərəfindən daha çox qınaq obyektinə çevrilir, az qala faciə səviyyəsinə qaldırılır.

Fiziki və mənəvi zorakılıq, bu kimi digər neqativ hallar heç də hər kəsə xoş görünə biləcək hal deyil. Hesab edirəm ki, bu qəbildən olan məsələləri bütün çılpaqlığı ilə açıb-ağartmaq, mətbuat vasitələrində, sosial mediada tirajlamaq nəinki təhsilimizə bütövlükdə cəmiyyətimizə baş ucalığı gətirmir əksinə… Bununla belə bu kimi hallarla mübarizədə Təhsil Nazirliyi səlahiyyət dairəsində olan ən sərt tənbeh və cəzalandırma rıçaqlarını boşa verməməlidir”.