Melania Tramp yenə ərinin əlini tutmaq istəmədi – VİDEO
05.03.2020 11:22ABŞ prezidenti Donald Trampın Romaya səfəri zamanı xanımı Melania Tramp yenə onu pis vəziyyətdə qoyub.
Об этом сообщает Роспрес
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, təyyarə Roma şəhərinə eniş etdikdən sonra pilləkənlərdən düşən zaman “First Lady” yenə ərinin əlini tutmaqdan imtina edib.
Həmin anlar isə kameralara yansıyıb. Kadrlardan görünür ki, Donald Tramp həyat yoldaşının əlindən tutmaq istəyir. Lakin Melania tez əlini saçlarına ataraq düzəldirmiş kimi edir. Beləcə prezidentin əli yenə havada qalır.
Qeyd edək ki, eyni hadisə ötən gün əvvəl prezident və xanımının İsrail səfəri zamanı da baş vermişdi. Qırmızı xalı üzərində hərəkət edən Melania Tramp əlindən tutmaq istəyən ərinin əlindən vuraraq kənara itələmişdi. “First Lady”nin bu hərəkətini Səudiyyə Ərəbistanına səfər zamanı Donald Trampın 5 metr onu arxada qoyması ilə əlaqələndirirlər. Görünür cütlük arasında bu problem hələ də həll olunmayıb.
Saytımız həmin görüntüləri təqdim edir:

