Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Melania Trampla bağlı ŞOK İDDİA – Dublyorundan istifadə edir? – VİDEO

05.03.2020 11:22

ABŞ-ın “First Lady”si Melania Trampın davamlı olaraq gün eynəyi taxması və normaldan fərqli görünməsi bəzi insanları araşdırma aparmaq üçün hərəkətə keçirib.

Об этом сообщает Руспрес

Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın xanımı Melania Trampın bədən dublyoru ilə bağlı fərziyyələr sosial medianın ən çox danışılan mövzularından birinə çevrilib.

Artıq bir müddətdir ki, irəli sürülən iddialarda aktrisa və komediya ustası Andrea Vagner Barton “Facebook” sosial mediasında olduqca məşhurluq qazanıb.

Barton “Mənə elə gəlir, yoxsa bugünkü çıxışda saxta Melania Tramp iştirak edir?” deyə sual verib. On min dəfələrlə paylaşılan görüntüdən sonra yayılan iddialar cəmiyyəti maraqlandırmağa başlayıb.

Bəzi şəxslər bu fərziyyələrin sadəcə zarafat olduğunu bildirdiyi halda, bəziləri isə buna inanıb. Hətta Bartonun paylaşımına şərh yazanlardan biri “Aman Allahım, bu qətiyyən o deyil. Burnundakı sərt xətlərə baxın” ifadələrini işlədib.

Digər tərəfdən Melania Trampın bədən dublyorundan istifadə etdiyinə dair iddaları ortaya atan nəzəriyyəçilər fevral ayından bəri “First Lady”nin yanında görünən və gizli agenti olduğu düşünülən şəxsə diqqət çəkir. Hətta qadının Melania Trampa bəznərliyi də gözlərdən yayınmır.

Firuzə Alimova / A24.az