Məmmədyarov: “Status-kvo”nu dəyişməyin vaxtı çatıb
05.03.2020 11:22“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud sənəd üzərində danışıqları davam etdiririk”.
Об этом сообщает Роспрес
A24.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Estoniyanın xarici işlər naziri Sven Mikserlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Sankt-Peterburq görüşündə, aprelin 29-da Moskvada görüşündə də eyni sənəd üzərində danışıqlar aparılıb.
“Həmin sənədə əsasən münaqişənin həlli istiqamətdə irəliləməyin yollarını müzakirə etdik. Biz istəyirik ki, danışıqlar substantiv olsun. Azərbaycanın mövqeyi bəllidir. “Status-kvo”nu dəyişməyin vaxtı çatıb. Prezidentlər və həmsədrlər də deyir ki, “status-kvo” qəbuledilməzdir”, – deyə nazir qeyd edib.

