Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Mənə deyirlər ki, bizi Türkiyədə biabır edirsən” – Məlahət Abbasova

05.03.2020 11:22

Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova sosial şəbəkədə ünvanına yazılan tənqidlərə əsəbiləşib.

Об этом сообщает Роспрес

A24.az-ın məlumatına görə, aktrisa “ATV maqazin onlarla” verilişində həmyerlilərinin onu pisləməsinə üzüldüyünü deyib:

“Məni tənqid edirlər ki, hər zaman bədbəxt, kəndçi qadın obrazını oynayırsınız. Bizim adımızı batırırsınız. Çox kök görünürsünüz. Tamaşaçılar çox mənasiz fikirlər yazır. Bunlar da məni üzür. Yazılanları menecerlərim, oradakı aktrisalar oxuyurlar. Deyirlər ki, sizdə necə aktrisalar var? Onlar belə qadınları canlandıranda qırmızı boya sürtüb, kirpik taxıb, dəbdəbəli geyinir? Türkiyədə aktyor nə qrimə, nə kostyuma qarışa bilər. Orada hər kəs işini gözəl bilir”. (axşam.az)