Merkel Afrika ilə bağlı həqiqətləri etiraf etdi: “Afrikada çox günahlar etdik”
05.03.2020 11:23“Müstəmləkəçilik dövründə Afrikada çox günahlara batdıq”.
Об этом сообщает Роспрес
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Almaniyanın baş naziri Angela Merkel konfransda çıxışı zamanı deyib.
Baş nazir Angela Merkel müstəmləkə dövründə Avropa ölkələrinin Afrikada çox günahlar etdiyini bildirib. Merkel “G20” ölkələrini Afrika ölkələri üçün təcili olaraq nə isə etməyə çağırıb.
Almaniyaya gələn mühacirlər mövzusunun müzakirə edildiyi konfransda çıxış edən Merkel Afrikada qəbilələrin bölgələrinə baxılmadan sərhədlərin çəkilməsinə işarə edərək “müstəmləkə dövründə Afrikada böyük günahlar etdik”, – deyə bildirib. Merkel həmçinin, Afrikanın tarixilə maraqlanmağın zəruri olduğunu qeyd edib.
Ölkəyə gələn mühacirlərə yardım edənlərə göstərdikləri səyə görə təşəkkürünü bildirən Merkel onların, dövlətin tək halda edə bilmədiyini bacardıqlarını bildirib.

