Merkel baxışları ilə Trampın qızı İvankaya nə demək istəyir?!
05.03.2020 11:23Almaniyanın baş naziri Angela Merkel Trampın qızı İvanka Trampa baxışları ilə gündəm olub.
Об этом сообщает Роспрес
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, ötən gün ABŞ prezidentinin Ağ Evdə gerçəkləşdirilən və Merkellə Trampın da qatıldığı konfransda Merkelin İvanka Trampa baxışları sosial mediada geniş müzakirələrə yol açıb. Özünə aid zinət əşyaları və moda firması olsa da İvanka Trampın ABŞ-da keçirilən yüksək səviyyəli şəxslərin və siyasətçilərin arasında yer alması ağıllarda sual işərəsi yaradıb. Lakin İvanka Trampla Merkelin yan-yana gəldiyi konfrans isə insanlar tərəfindən çox söz-söhbətə səbəb olub.
Şəkilləri çəkilən iki qadını bəzi sosial media istifadəçiləri Merkelin İvanka Trampa mənalı baxışlarını “bir modaçının siyasətçilərin arasında nə işi var?” kimi şərh edir.
Qeyd edək ki, bundan əvvəl Ağ Evdə keçirilən konfransda İvanka Trampın Kanadanın baş naziri Castin Trudeauya baxması sosial mediada çox müzakirə edilmişdi.

