“Mersedes” piyadanı vurub öldürdü
05.03.2020 11:23Sabirabadda piyadanın ölümü nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
A24.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Hacıqabul-Bəhramtəpə magistral yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində, Nizami kəndi ərazisində baş verib.
Об этом сообщает Руспрес
Füzuli rayon sakini 1993 –cü il təvəllüdlü Rüstəmov Fərid Həsrət oğlunun idarə etdiyi 90 UU 813 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili yolu keçən Hacıbəbir kənd sakini 1953-cü il təvəllüdlü Məmmədov Ramiz Allahverən oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Hadisə ilə bağlı araşdırma aparılır.

