Məşhur müğənni 16 gündə 12 kq arıqladı
05.03.2020 11:25Müğənni Ebru Yaşar 14 fevral tarixində əkiz övladlarını dünyaya gətirdikdən sonra ilk dəfə görüntülənib.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, müğənni həyat yoldaşı ilə restoran çıxışında kameralara yaxalanıb. Ebru jurnalistlərə 12 kq arıqladığını dilə gətirib: “Hamiləlik zamanı 9 kq kökəlmişdim, ancaq daha sonra 12 kq arıqladım”.
Ebru Yaşar 2015-ci ildə Necat Gülseven ilə ailə qurub.
Cütlüyün çıxışda mindikləri avtomobil də diqqət çəkib. Ebru bildirib ki, bu maşın ərinin ona doğum hədiyyəsidir: “Bu VIP avtomobili həyat yoldaşım mənə doğum hədiyyəsi olaraq alıb. İlk dəfə bu gün istifadə edirik. İnşallah, əkizləri də gəzdirəcəyik”.
Qeyd edək ki, “Mercedes” markalı avtomobilin qiyməti 150 min manatdan çoxdur. Necat Gülseven bundan öncə də Ebru Yaşara 250 min manatlıq üzük, 500 min manata “Maseratti” markalı avtomobil, 3 milyon manatlıq bağ evi, 80 min manatlıq saat və bir sərvət dəyərində yaxta alıb.

