Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Məşhur rok qrupunun olduğu avtobus qəzaya uğradı

05.03.2020 11:25

Polşada baş vermiş yol qəzasında 13 nəfər xəsarət alıb.
A24.Az xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər verib.
Xəbərdə bildirilir ki, Amerikanın “The Dillinger Escape Plan” rok qrupunun musiqiçilərini daşıyan avtobus Radomsk şəhərində qəzaya uğrayıb. İlkin məlumata görə, qəzaya səbəb furqon avtomobilin arxadan avtobusa çırpılması olub.
Nəticədə hər iki avtomobilin sürücüsü də daxil olmaqla, 13 nəfər xəsarət alıb. Yaralıların hamısı rok qrupunun musiqiçiləridir. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.
Hadisə zamanı hər hansı sərnişin və ya sürücü ağır xəsarət almayıbb. Qəza səbəbindən hadisənin baş verdiyi yol müvəqqəti olaraq bağlanıb.
Rok qrupunun Krakovda planlaşdırılan konserti ləğv edilib.

Об этом сообщает Роспрес