Messi suriyalı qıza belə surpriz etdi – VİDEO
05.03.2020 11:26Messi suriyalı qaçqın Nujin Mustafaya surpriz edib.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, 18 yaşlı qızın ən böyük arzusunu azarkeşi olduğu “Barcelona” klubu gerçəkləşdirib.
Hələb şəhərində yaşayan, beyin iflici keçirən və əlil arabasına məhkum Nujin, daxili savaş səbəbindən ailəsi ilə birgə Almaniyanın Köln şəhərinə köçüb.
Gənc qız Almaniyaya gələrkən yolda yaşadıqları Britaniyalı jurnalsit Kristina Lamb tərəfindən qələmə alınıb və çap edilib.
“Barcelona” klubunu daşıyan avtobus, suriyalı qızın Kölndə qaldığı evinin önünə qədər gələrək onu İspaniyaya aparıb. 18 yaşlı qız burada “Barselona”nın “Selta” ilə oynadığı matçı tribunadan izləmək şansı qazanıb. Matçdan sonra qıza adı yazılan forma hədiyyə edilib.
Nərmin Kərim

