Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Meyxanaçı Aydın Sani: “Əgər meyxana mədəniyyəti təbliğ edirsə, gənclər dinləyə bilər” – Müsahibə

05.03.2020 11:27

Onu musiqili meyxana ifaçısı kimi tanıyırlar. Son vaxtlar Orxan Lökbatanlı ilə birgə oxuduğu “Namə” adlı mahnısı ilə Azərbaycanda xeyli populyarlıq qazanan meyxanaçı, yazar Aydın Saninin A24.az-a müsahibəsini təqdim edirik.

Об этом сообщает Руспрес

– Sizcə, Azərbaycan xalqına meyxana lazımdır? Daha çox gənclər tərəfindən dinlənilən və sevilən meyxananın tərbiyəvi təsiri nədir?

– Meyxana ədəbiyyat sahəsidir, janrdır, təbliğatdır. Burada musiqi ilə sözlərin sintezi xüsusi ahəng yaradır. Düşünürəm ki, lazımlı sənətdir və artıq palatkadan kənara çıxmağa başlayır. Söz məfhumdur, varlıqdır. Düşünürəm ki, meyxanaya qulaq asmaqla gənclər orada səslənən qəzəlləri öyrənə, müəyyən söz toplusu yığa bilərlər.

-Meyxanada istifadə olunan söyüşlər haqqında nə deyə bilərsiniz? Daha çox izlənmə üçün söyüş vacibdirmi?

-Düşünürəm ki, söyüşlərdən istifadə olunmasa daha gözəl olar. Əgər meyxananı mədəniyyət sahəsi kimi tanıdırıqsa, orada söyüşlərdən istifadə olunması artıq mədəniyyətə ziddir. Belə halların sonu daha çox davalarla nəticələnir. Belə olduqda isə bu heç də xoşagələn bir hal deyil.

-Orxan Lökbatanlı ilə oxuduğunuz “Namə” adlı mahnınız “Youtube” də ən çox izlənənlər arasındadır.

-Ümid edirəm ki, müəyyən izləyici kütləsi qazana bilmişəm. Sonuncu mahnımız “Namə” də sevildi. O mahnının söz və musiqisi də mənə məxsusdur.

-Klassik meyxana yoxsa musiqili? Sizcə, hansı daha çox bəyənilir? 

-O artıq izləyicinin istəyindən asılıdır. Deyə bilərəm ki, musiqili meyxanaya tələbat çoxdur. Çünki musiqinin müşayiəti ilə deyilən meyxana daha gözəl ahənglik yaradır. Toylara gedəndə də bizdən musiqili meyxana deməyimizi istəyirlər.

– Namiq Qaraçuxurlu-Aygün Kazımova, Namiq Qaraçuxurlu-Könül Kərimova, Oqtay-Samirə, Pərviz Bülbülə-Damla. Bəs siz tanınmış qadın müğənnilərdən kiminlə duet oxuyardınız? 

-Hələ ki, kiminləsə duet oxumaq fikrim yoxdur. Desəm ki, hazır deyiləm, yalan olar. O qədər tanınmıram deyə, izləyicim azdır. Ancaq müğənni Damla ilə duet oxumaq fikrim var.

-Nəyə görə, Damla ilə duet oxumağa daha çox üstünlük verilir? Ola bilərmi ki, digərlərinə nisbətən Damla daha tez əlçatandır. 

-Əgər hansısa bir ifaçı meyxanaçı ilə duet oxumağı özünə sığışdırmırsa, bu qeyri-etik hərəkətdir. Damlanın daha tez əlçatmağı fikrinə gəlincə deyə bilərəm ki, onun bizlə arası daha yaxındır.  Ümumiyyətlə bizdə belə bir fikir var ki, publika buna pis baxırsa, deməli olmaz. Üzeyir Mehdizadənin mahnısı telefonunda ola-ola onu bəyənməyən insanlar var.  Hər kəsin içində dinləyə bilmirlər. Çünki fikirləşirlər ki, kənardan kimsə onu qınaya bilər.

– Yəni meyxanaçının məşhur olması üçün ikinci şəxsə ehtiyac var?

-Yox elə deməzdim. İkinci şəxs nə qədər tanınmış olsa belə, meyxanaçı zəifdirsə, bu duet o qədər də maraqlı olmaz. İzləyicilər tərəfindən də sevilər deyə düşünmürəm. Adlarını sadaladığınız duet ortaqlarının hər ikisi də tanınmış şəxslərdir. Hər birinin öz izləyici kütləsi var.

Elvin Paşazadə