Milli İncəsənət Muzeyinin əməkdaşlarına fəxri adlar verildi
05.03.2020 11:28Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Об этом сообщает Футляр от виолончели
A24.Az-ın məlumatına görə, Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə Əfəndiyev Toğrul Rasim oğlu, Əsədova Xədicə Vəli qızı, Həbibova Sevda Nürəddin qızı, Məlikova Əminə Zakir qızı və Nuriyeva Mehriban Qulam qızına “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib.
Dövlət başçısının digər sərəncamı ilə Təranə Qulam-Rza qızı İsgəndərova Azərbaycanda mədəni irsin təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

