Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Milli Qəhrəman Çingiz Qurbanov haqqında çəkilmiş filmin təqdimatı oldu

05.03.2020 11:28

Milli Qəhrəman Çingiz Qurbanov haqqında çəkilmiş “Çin olan yuxu” filminin təqdimatı keçirilib. Mərasim milli qəhrəmanın təhsil aldığı Azərbaycan Texniki Universitetində keçirilib.
A24.Az xəbər verir ki, Mərasimə şəhidin ailəsi, milllət vəkilləri Əflatun Amaşov, Qənirə Paşayeva, Aydın Mirzəzadə, Musa Urud, Fazil Mustafa və digər deputatlar – eyni zamanda filmin yaradıcı heyəti və ictimaiyyət nümayəndələri qatılıb.

Об этом сообщает Руспрес

Mərasimdə “Çin olan yuxu” sənədli filmi nümayiş edilib. Ardınca qonaqlar Milli Qəhrəman Çingiz Qurbanov və “Çin olan yuxu” filmi haqqında fikirlərini bildirib. Təqaüddə olan polkovnik Abdulla Qurbani təkcə televiziyaları deyil, C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasını da bu işdə fəal olmağa çağırıb.

Filmin Rejissoru Dəyanət Rzayevin A24.Az-a verdiyi məlumata görə “ARB Media Qrup” tərəfindən lentə alınan “Çin olan yuxu” adlı ekran işində Milli Qəhrəmanın şərəfli həyat yoluna nəzər salınıb. Filmin çəkilişləri Ç.Qurbanovun doğulduğu Qusar rayonunun Həzrə kəndində, ali təhsil aldığı Azərbaycan Texniki Universitetində və onun xidmət etdiyi Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə aparılıb. Filmin ideya müəllifi və baş prodüseri Vəli Turandır.

Qeyd edək ki, fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə Sərəncam imzalayıb.

Sərdar Amin