Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Mingəçevirdə sürücü içkili vəziyyətdə maşını dairəyə çırpdı, 6 nəfər yaralandı

05.03.2020 11:28

Mingəçevirdə 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Об этом сообщает Руспрес

Hadisə şəhərin Gəncə şossesində, “Karvan Petrol”un qarşısındakı yol dairəsində qeydə alınıb.
Qəza zamanı “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq qapalı yol dairəsinə girib və orada maneələrə çırpılıb. Nəticədə 5-i bir ailənin üzvü olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili xəstəxanaya çatdırılıb.
Xəsarət alan şəxslər:
Sürücü – 1955-ci il təvəllüdlü Yevlax rayon Tanrıqullar kənd sakini Yaqub Əmiraslan oğlu Mustafayev
Sərnişinlər – 1951-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Qivami Fərzəli oğlu Abdullayev
1985-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Zeynəb Abdulla qızı Abdullayeva
2011-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Zərifə Vüsal qızı Abdullazadə
2015-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Fərqanə Vüsal qızı Abdullazadə
2015-ci il təvəllüdlü Mingəçevir sakini Bayram Vüsal oğlu Abdullazadə
Xəstəxanaya yerləşdirilmiş yaralıların müayinə və müalicəsi davam edir.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır. //Report