Misir prezidenti: Türkiyə də blokadaya alınsın
05.03.2020 11:29Körfəz ölkələrinin embarqo tətbiq etdiyi Qətərə dəstək olduğu üçün Türkiyəyə təzyiqlər davam edir.
Об этом сообщает Руспрес
Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah əs-Sisi bu embarqo ilə bağlı bəyanat yayıb.
“CNN Türk”ün məlumatına görə, o, Türkiyənin də blokadaya alınmasını istəyib.
Əbdülfəttah əs-Sisi Qahirədə Bəhreyn Kralı Həməd Bin İsa Əl-Xəlifə ilə keçirdiyi görüşdə bu məsələni gündəmə gətirib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qısa müddət ərzində embarqoya son qoyulması lazım olduğunu söyləyib və Qətərə dəstək olduqlarını ifadə edib.
Xəyalə Bünyatova // A24.Az

