Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Misir Qətərdən sonra Türkiyəni hədəf göstərdi

05.03.2020 11:29

Misir prezidenti Əbdülfəttah əl-Sisi ərəb ölkələrini Türkiyəyə qarşı embarqo tətbiq etməyə çağırıb.

Об этом сообщает Роспрес

Saytımız Türkiyə mətbuatına istinadən xəbər verir ki, Misir prezidentinin fikrincə, embarqolar rəsmi Ankaranın Qətərə verdiyi dəstək dayandırılana kimi davam etməlidir.

Təklifin Bəhreyn kralı Hamad bin İsa Əl-Xəlifə ilə Qahirədə keçirilən görüşdə səsləndirildiyi bildirilib.

KİV-in məlumatına görə, əl-Sisinin Türkiyəyə qarşı çağırış etməsinə səbəb prezident Rəcəb Tayyib Ərdoğanın onu tənqid etməsi olub. Misir prezidenti, həmçinin Türkiyəni “Müsəlman qardaşları”na dəstək verməkdə ittiham edib.

Xatırladaq ki, iyunun 5-dən etibarən Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri Yəmən, Liviya və Maldiv Adaları və digər dövlətlər Qətərlə diplomatik əlaqələri kəsib. Buna səbəb kimi Qətərin Bəhreynə qarşı apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsir göstərməsi və bu ölkənin daxili işinə qarışması, media vasitəsilə gərginliyi davam etdirməsi, terrorizmi dəstəkləməsi və İranla əlaqələrin qurulmasına kömək etməsini əsas səbəb kimi göstərilib.