Azərbaycanın ən “oğru” mobil operatoru hansıdır? – ANALİZ, ÖZƏL
05.03.2020 11:29Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin aprel ayı üzrə analiz işini yekunlaşdırıb.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Media Təqib Mərkəzi mobil operatorlarla ilə bağlı aprel ayı üzrə məlumatları təqdim edir.
2017-ci ilin aprel ayında elektron mətbuatda, yəni sayt və portallarda mobil operatorlarla əlaqəli 783 xəbər yerləşdirilib. Bunlardan 773-ü neytral, 10-u isə mənfi xəbərdir.
Mənfi xəbərlər arasında “liderlər”: AzerCELL (10 xəbər – abonentden Azercellə sərt ittihamlar, oğrusunuz!).
Xəbər sayına görə sıralama:
| 1 | AzerCELL | 501 xəbər |
| 2 | BakCELL | 197 xəbər |
| 3 | Nar Mobile | 85 xəbər |
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 146 neytral xəbər dərc edilib.
Xəbər sayına görə sıralama:
| 1 | AzerCELL | 86 xəbər |
| 2 | BakCELL | 45 xəbər |
| 3 | Nar Mobile | 13 xəbər |
| 4 | NaxTel | 2 xəbər |
Aprel ayında televiziya kanallarında mobil operatorlar haqqında 1 xəbər göstərilib.
AzerCELL (1 xəbər – AzerCELL ‘Barama Hackathon 2017’ layihəsinin qalibləri açıqlanıb).

