Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Müəllimin şagirdi döydüyü məktəbin direktoru danışdı: “Müəllim həmin məktəbdə…” – EKSKLÜZİV, VİDEO

05.03.2020 11:31

Astara rayonu Şiyəkəran kəndinin Nizami Gəncəvi adına 1 saylı orta məktəbində müəllim şagirdi döyüb. Şagirdlərin bildirdiyinə görə, həmin müəllimin adı Namiq Qəhrəmanovdur. Həmin müəllimin şagirdi döydüyü anlar kameraya düşüb.

Об этом сообщает Футляр от виолончели

A24.Az sosial şəbəkələrdə yayılan müəllimin dərs otağında şagirdi döyməsi videosuna aydınlıq gətirmək üçün araşdırma edib.

Astara Rayon Təhsil Şöbəsindən məsələ ilə bağlı bildirildi ki, məsələ ilə bağlı Nizami adına 1 saylı məktəbin direktoru Teymur Heydərova və müəllim Namiq Qəhrəmanova töhmət verilib. Məktəbin direktoru Teymur Heydərovun internetə sızan video ilə bağlı hələ dekabr ayında cəzalandırıldığı bildirildi.

Məktəbin direktoru Teymur Heydərov isə A24.Az-a açıqlamasında Namiq Qəhrəmanovun hec bir psixoloji problemi olmadığını, sadəcə həmin an əsəbələrini cilovalaya bilmədiyi üçün belə bir davranış nümayiş etdirdiyini bildirdi. Direktorun sözlərinə görə, müəllim Namiq Qəhrəmanova şiddətli töhmət verilib və son xəbərdarlıq edilib. Müəllim həmin məktəbdə fəaliyyətini davam etdirir, sadəcə olaraq həmin sinifdə tədris prosesindən azad edilib.

Xəyalə Əliyev