Müəlliminə aşiq olan namizəd: Prezidentliyə iddialı Makronun xanımı özündən 24 yaş böyük imiş…
05.03.2020 11:31Fransanın yeni prezidenti olmağa iddialı namizəd, seçkilərdə ikinci tura keçən Makron özündən 24 yaş böyük olan həyat yoldaşı ilə 15 yaşında tanış olub.
Об этом сообщает Футляр от виолончели
Saytımızın əldə etdiyi məlumata görə, hazırda 39 yaşında olan Makron özündən 24 yaş böyük olan xanımı Brigitte Trogneux ilə 2007-ci ildə evlənib. Brigitte Makronun daha əvvəlki evliliyindən 3 övladı var. Lakin Makron cütlüyünün isə övladları yoxdur.
15 yaşında həyat yoldaşı ilə tanış olduğu deyilən Makron xanımı ilə kollecdə rastlaşıb. Həmin dövrlərdə Brigitte Amiensdə yerləşən kolleclərdən birində Fransız dili müəllimi olub.
Hətta Anne Fulda “Emmanuel Macron: A Perfect Young Man” adlı kitabında Makronun gəncliyi ilə bağlı bəzi faktları qeyd edib. Kitabda Makronun ailəsinin Brigitte Trogneux-a 18 yaşına çatana qədər oğlanlarından uzaq durmasını söylədiyi yazılıb.

