Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Müəllimlər Diaqnostik imtahan nəticələrinə görə işdən azad edilə bilərmi? – AÇIQLAMA

05.03.2020 11:31

Təhsil eksperti Kamran Əsədov Müəllimlərin Diaqnostik imtahan nəticələrinə görə vəzifəsindən azad edilə biləcəyi fikrinə münasibət bildirib.

Об этом сообщает Футляр от виолончели

A24.Az xəbər verir ki,  müəllimlərin Diaqnostik imtahan nəticələrinə görə vəzifəsindən azad edilməsi mümkün deyil. Onun sözlərinə görə, buna Əmək Məcəlləsi imkan vermir.

“1. Ona görə ki, Diaqnostik Qiymətləndirmə (DQ) imtahanı attestasiya imtahanı deyil.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları var.

3. Müəllimlərin tutalım ki, müqaviləsinə xitam verilir, bunun təminatları var.

4. Bu illər ərzində onların fəaliyyətinə şərait yaradan şəxslər də vəzifəsindən azad edilməlidir.

5. O müəllimləri təkmilləşdirilmə kurslarına cəlb etmək və sonra yenidən imtahan etmək olar. Əgər yenə də nəticə zəif olsa, onda hansısa tədbir keçirmək olar.

6. O müəllimlər həmkarlar ittifaqlarının üzvüdür və buna görə hər ay üzvlük haqqı ödəyirlər. Onları birbaşa azad etmək mümkün deyil.

7. Həqiqət odur ki, nəticəsi az olan müəllimlərə çox dərs vermək olmaz. Lakin imkan verək ki, təkmilləşsinlər. Hətta uzun müddət idmanla məşğul olan idmançı da bir müsabiqədə uğur əldə edə bilmir”.