Müştərini aldadan Ulduz taksini belə biabır etdilər
05.03.2020 11:33“Şəkillərdən də göründüyü kimi saat 17:19-da *5000-dən taksi sifariş verib, 18:00 üçün gəlməsini istəmişəm. Sürücünün nömrəsi göndərilmədiyi üçün 17:53-də yenidən yazmışam ki, taksi hardadır?”
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, bu sözləri Ulduz taksi xidmətindən şikayətlənən Şeli Səfərli yazıb.
Şikayətçi bildirib ki, ona taksinin və sürücünün nömrəsi ümumiyyətlə müraciətinin qeydə alınması barədə heç bir mesaj gəlməyib.
“Deyirlər ki, sms göndərmişik. Halbuki heç bir mesaj yoxdur. Mən bunlara sərt reaksiya verən kimi saat 18:01-də mesaj göndəriblər ki, taksi yoxdur. Onlara görə 1,5 saat kecikmişəm. Üstəlik əsəb gərginliyi keçirmişəm. Xidmət səviyyəniz sıfırdır. Heç olmasa səhvinizi qəbul edib, üzr istəməyə qabiliyyətiniz və səviyyəniz çatsın”- deyə şikayətçi Ulduz taksini biabr edib.
Nərmin Kərim, A24.Az

