Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Müxalifət lideri: İsrail-Türkiyə münasibətlərinin yaxşılaşdırılması “diplomatik səhv” idi

05.03.2020 11:33

İsrail “Yesh Atid” müxalifət partiyasının lideri Yair Lapid, Türkiyə prezidenti Rəcəb Tayipa Ərdoğanın İsrail əleyhinə səsləndirdiyi fikirlərə cavab verib.
A24.Az “The Times of Israil” nəşrinə istinadən xəbər verir ki, “Yesh Atid” müxalifət partiyasını lideri, İsrail parlamentinin toplantısı zamanı Ankaraya qarşı konkret addımlar atmağı tələb edib. Y.Lapid bildirib ki, yaxın vaxtlarda İsrail parlamentinə 1915-ci ildə Osmanlı imperiyasının qondarma ermeni soyqırımı tanıması haqda qanun layihəsi təqdim edəcək. Müxalifət lideri 2016-cı ildə imzlanmış Türkiyə-İsrail münasibətlərinin normallaşması haqqında razılaşmanı “diplomatik səhv” adlandırıb.
“Biz nə Türkiyənin, nə Fələstinin, nə də ərəb dünyasının təhdidlərindən qorxmamalıyıq. Əgər ABŞ prezidenti Donald Trampın bəyanatı kiminsə xoşuna gəlmirsə, bu onun problemidir”, – deyə Y.Lapid qeyd edib.
Orxan Aslanlı // A24.Az
 

Об этом сообщает Руспрес