Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İlahiyyatçı onu ölümlə təhdid edən İŞİD-in cavabını verdi

05.03.2020 12:31

İŞİD fevralın 4-də dərc etdiyi “Rumiyah” jurnalının 5-ci nömrəsində Türkiyənin din xadimlərini və ilahiyyatçılarını ölümlə təhdid edib. Terror təşkilatı yazıda hədəfə aldığı bütün ilahiyyatçıların adlarını da açıq şəkildə qeyd edib. Ölümlə hədələnən ilahiyyatçılar arasında olan Caner Taslaman isə özünün sosial şəbəkəsində İŞİD-ə cavab məktubu yollayıb.

Об этом сообщает Футляр от виолончели

Saytımız türkiyəli ilahiyyatçının cavabını təqdim edir:

İlhaiyyatçı Caner Taslaman “İŞİD-in jurnalında mənə qarşı ölüm təhdidinə rəhmətli Özalın cavabını verəcəm: “Allahın verdiyi canı Allahdan başqa alacaq kimsə yoxdur. Biz də ona təslim olmuşuq”.

“İŞİD yeni nömrəsində məni də ölümlə təhdid edib. Mehmet Görmez, Hasan Onat, Abdülaziz Bayındır, Mustafa İslamoğlu, Hilmi Demir, Cübbeli Alparslan Kuytul kimi adlar da var. Hər hansı bir mövzuda Cübbeli və Kuytul ilə bir siyahıda olacağım heç ağlıma da gəlməmişdi”, – deyə bildirib.