Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türkiyənin güləş yığması İranda ağır yol qəzasına düşdü

05.03.2020 12:32

Türkiyənin yunan-Roma güləşi üzrə milli komandası İranın Abadan şəhərində keçirilmiş Dünya Kubokundan Tehran hava limanına yollanarkən qəzaya düşüb.

Об этом сообщает Руспрес

Saytımızın məlumatına görə, yığmanın olduğu avtobus yük maşını ilə toqquşub. Hadisə nəticəsində komanda üzvlərindən zədələnən olmayıb.

Əvəzində yük maşınında olanlar yaralanıb. Onlara ilkin yardımı millinin həkimi Ömər Kırmızı göstərib.

Qeyd edək ki, Türkiyə yığması Dünya Kubokunda 4-cü yeri tutub. Yarışda iştirak edən Azərbaycan millisi isə finalda Rusiyaya uduzaraq, 2-ci olub. (report.az)