Türkiyənin ilk tərs evi – VİDEO
05.03.2020 12:32Türkiyədə ilk dəfə olaraq tikilmiş tərs ev nümayiş olunub.
Об этом сообщает Роспрес
Saytımız bildirir ki, bu tərs evdə hər şey tərsinə inşa edilib. Tərs ev ziyarət üçün artıq açılıb. İldə 100 min nəfərin ziyarəti üçün nəzərdə tutulan tərs ev səhər saat 9-dan axşam 20:00-yə qədər maraqlananlar üçün açıq olacaq. Ziyarətçilər 15 lirə verməklə bu maraqlı evə baxa biləcəklər.
Evin xarici göünüşündən tutmuş içindəki əşyalara qədər hər şey tərs inşa edilən bu ev ilk gündən ziyarətçilərin diqqətini çəkib. Evin inşasının layihə ortaqlarından biri evin tikintisinin bir ilə başa gəldiyini vurğulayaraq bildirib ki, ən çox mətbəx və yataq otağının inşası zamanı çətinliklə üzləşiblər.
Qeyd edək ki, ev Antaliyadadır.

