Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türkiyəyə ən çox sərmayə qoyan 20 ÖLKƏ – Azərbaycan 6 il ərzində yatırdığı sərmayə ilə…

05.03.2020 12:32

Türkiyənin İqtisadiyyat Nazirliyinin verdiyi hesabata görə, Türkiyəyə 2010-2017-ci illər arasında 140 milyard dollarlıq sərmayə qoyulub.

Об этом сообщает Руспрес

Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, qoyulan sərmayənin 128,5 milyard dolları 20 ölkə tərəfindən gəlib. Həmin 20 ölkənin sərmayədəki payı isə 91,7 faiz olaraq qeyd edilir.

Bəs Türkiyəyə ən çox sərmayə qoyan ölkə hansıdır?

20 – Livan

Bu ölkədən Türkiyəyə 2010-2016-cı illər arasında 1 milyard 285 milyon dollarlıq sərmayə gəlib. 2017-ci ilin yanvar-fevral aylarında yerləşdirdikləri yatırımın həcmi 1 milyon dollardır.

19 – Qətər

2010-2017-ci illər Qətər şirkətlərindən Türkiyəyə 1 milyard 476 milyon dollarlıq sərmayə gəlib. təkcə yanvar-fevral ayları ərzində qoyulan yatırımlar 10 milyon dollardır.

18 – Küveyt

Küvetdən isə 6 illik iş birliyindən 1 milyard 579 milyon dollar sərmayə gəlib. 2017-ci ilin yanvar-fevral ayları arasında ölkədən 2 milyon dollarlıq yatırım daxil olub.

17 – Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı 2010-2016-cı illər arasında Türkiyəyə 1 milyard 949 milyon dollarlıq sərmayə yerləşdirib. Bu ilin yanvar-fevral aylarında isə ölkədən heç bir yatırıb daxil olmayıb.

16 – Yaponiya

Yaponiyadan isə 2010-2016-cı illər arasında Türkiyəyə 2 milyard 199 milyon dollarlıq sərmayə gəlib. təkcə bu ilin yanvar-fevral aylarında yaponiya 18 milyon dollar yatırım yerləşdirib.

15 – İsveçrə

İsveçrə 2 milyard 448 milyon dollarlıq sərmayə ilə 15-ci yerdədir. bu ilin yanvar-fevral ayları ərzində ölkədən Türkiyəyə 28 milyon dollarlıq sərmayə gəlib.

14 – İtaliya – 2 milyard 959 milyon dollar…

13 – Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) – 4 milyard 165 milyon dollar…

12 – Azərbaycan

Azərbaycandan Türkiyəyə 2010-2016-cı illər arasında 4 milyard 899 milyon dollarlıq sərmayə yatırılıb. 2017-ci ilin yanvar-fevral aylarında isə Azərbaycan 129 milyon dollar Türkiyədəki sərmayəsinə pul ayırıb. Azərbaycan şirkətlərinin sərmayələrdəki payı 3,6 faizdir.

11 – Rusiya

Azərbaycandan bir qədər çox sərmayə qoyan Rusiya 2010-2016-cı illər arasında Türkiyəyə 5 milyard 182 milyon dollar yatırım yerləşdirib. Bu ilin ilk aylarında isə ölkədən gələn sərmayə sıfırdır.

10 – Fransa – 6 milyard 850 milyon dollar

9 – Yunanıstan6 milyard 867 milyon dollar…

8 – İspaniya 7 milyard 636 milyon dollar…

7 – Belçika8 milyard 209 milyon dollar…

6 – Almaniya8 milyard 851 milyon dollar…

5 – Lüksenburq – 2010-2016-cı illər arasında 8 milyard 985 milyon dollarla yatırım gerçəkləşdirib.

4 – İngiltərə 9 milyard 538 milyon dollar…

3 – Avstriya – 9 milyard 759 milyon dollar…

2 – ABŞ – Dünyanın nəhəng ölkələrindən sayılan ABŞ isə 2010-2016-cı illər arasında Türkiyəyə 11 milyard 198 milyon dollar sərmayə yerləşdirib. Təkcə bu ilin yanvar-fevral ayları ərzində ölkədən 16 milyonluq sərmayə daxil olub.

1 – Hollandiya – Bu ölkə isə 2010-2016-cı illər arasında Türkiyəyə 22 milyard 15 milyon dollarlıq sərmayə yerləşdirməsi ilə birinci yerdədir. 2017-ci ilin yanvar-fevral ayları arasında Hollandiyadan Türkiyəyə 89 milyon dollarlıq yatırım daxil olub.

Firuzə Alimova / MTM