Üç talassemiyalı xəstə uşaq it yuvasında yaşayır – Hacıqabuldan dünyanın ən ürəkağrıdıcı REPORTAJI
05.03.2020 12:33Üç talassemiyalı xəstə uşaq it yuvasında yaşayır – Valideyndən ürəkağrıdıcı sözlər
Об этом сообщает Футляр от виолончели
Bölgələrdən ali məktəbə yüksək balla qəbul olan uşaqların ilbəil artdığını nəzərə alsaq, ağlımıza da gəlməz ki, XXI əsrdə hələ də qız uşaqlarının oxumasını gərəksiz hesab edən ailələr var. Özü də onların sayı az deyil. Qızların təhsildən yayınması eyni zamanda erkən nikah deməkdir. Xüsusilə, rayon və kəndlərdə oxumayan qız üçün alternativ yol “ərə getmək”, daha doğrusu uyğun bir namizəd tapıb “ərə vermək” olur.
Müsahibim Hacıqabulda yaşayan üç uşaq anasıdır. Böyük uşağın altı, ortancılın beş, kiçiyin isə iki yaşı var. Uşaqların hər üçü talassemiya xəstəsidir. Ailə isə bunu kiçik uşağın vəziyyətinin pisləşməsindən sonra, yəni təxminən bir neçə ay bundan əvvəl öyrənib:
“Allah üç qız övladı verib, üçü də talassemiya xəstəsidir. İkisində yüngüldür, amma balacanın vəziyyəti pisdir. Deyirlər, ona yıxılmaq olmaz. Bədəni göyərə-göyərə gedir. Birinci qrup əlildir. Ciyəri ağrıyırdı, bir müddət sonra ciyər şişdi”.
Uşağı xəstəxanaya ölümcül vəziyyətdə çatdırdıq
Xanımın sözlərinə görə, xəstəliyin düzgün diaqnozu uşağın vəziyyəti pisləşdikdən sonra qoyulub: “Balacanı çox müalicə etdirmişik. Hətta Bakıda da aylarla xəstəxanalarda yatmışam. Amma xəstəliyin nə olduğunu bilməmişik. Halı pisləşəndə kənddən təcili yardımla xəstəxanaya aparmağa belə pulumuz yox idi. Nə mənim, nə də yoldaşımın ailəsi yaxın durmadı. Mənim uşağımı xəstəxanaya bələdiyyə aparıb.
Qansızlıqdan orqanlar işlək vəziyyətdə deyildi. Ciyər şişmişdi, dedilər dalaq da 8 yaşdan sonra əməliyyat edilməlidir”.
İt yuvasında yaşayırıq
Ailə bir müddət xəstəxanada qalsa da, müalicənin davamına maddi imkanları yol vermir:
“Vəziyyətimiz budur, bu cür şəraitdə – üç xəstə uşaqla it yuvasında yaşayırıq. Bu, yaşayış deyil, uşaqlar xəstədir, nə sosial yardım alırıq, nə də kənddə iş yox ki, gedib işləyək. Yoldaşım iş olandan olana 5-10 manat qazanır. Dolana bilmirik. Başqa da heç yerdən, heç nə gəlmir”.
Arzularım ürəyimdə qaldı…
Ana tezliklə övladlarının sağlamlığına qovuşmasını və təhsilli olmalarını arzulayır:
“9 – cu sinifdə məktəbdən çıxıb, nişanlanmışam. Bir il altı ay nişanlı qaldıq, toy etmirdilər, qaçdıq. Heç qaçandan sonra da bizə toy etmədilər. Burda çox adam qızlarını oxutmurdu, 20-ni keçənə də deyirdilər evdə qaldın. İndiki ağlım olsaydı, oxuyardım. Oxusaydım, heç kənddə qalmaq istəməzdim. Ailə qurardım, amma vaxtında, belə tez yox. Cavanlıq yaşamadım. Arzularım ürəyimdə qaldı, amma istəyirəm heç olmasa, qızlarım oxusun, savadlı olsunlar. Yaxşı gün görsün, mənim kimi olmasınlar. Mənim yaşadıqlarımı yaşamasınlar”.
Sevinc Xan Qızı // A24.Az

