Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ukrayna ABŞ-dan ölümcül müdafiə silahları alır: Putinə daha bir ZƏRBƏ

05.03.2020 12:33

Vaşinqton Kiyevə  ölümcül müdafiə silahlarının satılması ilə bağlı qanun layihəsini bəyənib.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, bu haqda The Washington Post qəzeti məlumat yayıb.

Bildirilib ki, Kiyev Vaşinqtondan ümumi dəyəri 41.5 milyon dollar olan Barrett M107a1 snayper tüfəngi, silah-sursat, ehtiyat hissələri, əlavə avadanlıq və.s döyüş sursatları alacaq. ABŞ Dövlət Departamentində bildiriblər ki, Birləşmiş Ştatlar hökuməti Ukraynaya müdafiə silahlarını birbaşa və ya təmənnasız satmayıb. Lakin sonradan xarici siyasət idarəsinin nümayəndəsi TASS agentliyinə təsdiq edib ki, həqiqətən də “Amerika istehsalçılarına Ukraynaya məhdud sayda atıcı silah və yüngül silahların kommersiya ixracı üçün lisenziya verilib”.

Orxan Aslanlı, A24.Az